BAKI, 16 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində "ATACMS" uzaqmənzilli raketlərinin Kiyevə təhvil verilməsi ilə bağlı qərar hələ verilməyib.
Bu barədə Amerika departamentinin nümayəndəsi məlumat verib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, o, eyni zamanda əlavə edib ki, ABŞ Kiyevlə daim təmasdadır.
"Hazırda "ATACMS"ın tədarükü ilə bağlı heç bir qərar verilməyib", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Amerika kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə "ATACMS" raketləri tədarük etmək qərarına gəlsələr, Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri onları asanlıqla məhv edə biləcək.