BAKI, 16 sentyabr — Sputnik. Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) soyudulması üçün bir neçə ay ərzində kifayət qədər su olacaq.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
"Kaxovka su anbarının tükənməsindən sonra ərazinin su ehtiyatlarının stabilləşdirilməsi üçün tədbirlər görülüb ki, bu da hazırkı şəraitdə bir neçə aylıq soyutma üçün kifayətdir", - MAQATE-nin mətbuat xidməti Qrossinin sözlərindən sitat gətirib.
Agentliyin mütəxəssisləri stansiyanın ərazisinə baxış zamanı hər hansı yeni mina və ya partlayıcı aşkar etməyiblər. MAQATE mütəxəssisləri turbin otaqlarına daxil olmaq və birinci, ikinci, beşinci və altıncı reaktor bloklarının damlarına çıxmaq istəyirlər. Gəzintilər və işçilərlə görüşlər davam edir.
Avqustun sonunda Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub.
Xatırladaq ki, stansiya rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin təxribat təhlükəsinin artması ilə əlaqədar işçilərin sayını müvəqqəti azaltmaq qərarına gəlib.