BAKI, 15 sentyabr — Sputnik. Ukrayna Kənd Təsərrüfatı Məhsullarının İxracına dair Koordinasiya Platformasının növbəti iclası son dərəcə emosional keçib. Kiyev nümayəndələri Polşanı taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham ediblər.
"RMF FM" radiostansiyası bu barədə xəbər verib.
Aİ-nin yüksək rütbəli diplomatı ilə əlaqə saxlayan jurnalistlərin sözlərinə görə, tədbirdə Ukrayna nümayəndə heyətinin davranışı səbəbindən çox gərgin atmosfer yaranıb. Kiyevdə güman edilir ki, Varşava sərhəd keçidlərində gözləmə müddətini uzatmaq üçün xüsusi olaraq baytarlıq nəzarəti tətbiq edir. Nəticədə, məhsul orada 12 günə qədər qalır.
"Başqa sözlə desək, Varşava bilavasitə taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham olunurdu", - məlumatda belə deyilir.
Mənbə əlavə edib ki, emosiyaların vəziyyətə praktiki olaraq heç bir təsiri yoxdur. Bu məsələyə iqtisadi və siyasi kontekstdə baxmaq lazımdır.
Bundan əvvəl bildirilmişdi ki, Polşa hökuməti sentyabrın 15-dən sonra Ukraynadan taxıl idxalına qadağa qoyub. Varşava, həmçinin bu qətnaməni AK-ya göndərib.