BAKI, 15 sentyabr — Sputnik. Türk Dövlətləri Təşkilatı (TDT) Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan 10-cu Dünya Türk İş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün Türkiyənin iştirakı olmadan heç bir enerji və nəqliyyat dəhlizlərinin fəaliyyəti səmərəli ola bilməz:
"Bizim Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyalarımız var. Biz bütün gücümüzlə bu əməkdaşlığı genişləndirmək üçün Türkmənistan təbii qazını da əhatə etməyə çalışırıq".