SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan ekspertləri Tiflisdə bir araya gəliblər

Heyətlərə Azərbaycan tərəfdən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Sputnik
BAKI, 15 sentyabr - Sputnik. Bu gün, sentyabrın 15-də Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib.
Qeyd olunub ki, heyətlərə Azərbaycan tərəfdən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflərin iki ölkə arasında münasibətlərin normallaşdırması məsələsini müzakirə etdikləri vurğulanıb.