AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Tacikistana səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, təbir çərçivəsində Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emiməli Rəhmonla görüşü, eyni zamanda, Məşvərət görüşündə çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.