HADİSƏ

Laçında ekskavator tank əleyhinə minaya düşüb

Polis kapitanı Aslan Qiyaslı bildirib ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Laçında ekskavator tank əleyhinə minaya düşüb.
APA xəbər verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin texnikaya ziyan dəyib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.
Faktla bağlı araşdırma aparılır.