BAKI, 12 sentyabr — Sputnik. Yaxın yeddi ildə Rusiyada pilotsuz təyyarələrin istehsalı iki dəfə artacaq.
Belə planları Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin strateji sessiyada pilotsuz aviasiya sistemlərinin inkişafı ilə bağlı çıxışı zamanı açıqlayıb.
Rusiya hökumətinin başçısı qeyd edib ki, bu günə qədər yüngül pilotsuz təyyarələrin sayı "on minlərlə" hesablanır, lakin onları əsasən "texnoloji həvəskarlar" hazırlayırlar. Mişustin pilotsuz təyyarələrin buraxılışının sistemləşdirilməsinin və miqyaslaşdırılmasının vacibliyini bildirib.
"Qarşıdakı 7 il ərzində Rusiyanın ağır və orta aparat bazarının həcmini demək olar ki, iki dəfə artırmağı planlaşdırırıq", - deyə o, dəqiqləşdirib.
Bunun üçün Rusiyada elmi-istehsal mərkəzləri şəbəkəsi yaradılacaq. Onlar parçalanmış müəssisələri səmərəli kooperasiyaya birləşdirərək pilotsuz aviasiya sistemlərinin inkişafı ilə məşğul olacaqlar. Həmçinin, 1 milyondan çox mütəxəssisin hazırlanması planlaşdırılır.
Əvvəllər məlum olub ki, Rusiya aparıcı "pilotsuz uçuş aparatı" (PUA) istehsalçıları sırasındadır.