BAKI, 12 sentyabr — Sputnik. ABŞ-ın "Meta"* şirkəti (Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan edilib; onun "Facebook*" və "Instagram"* sosial şəbəkələri də Rusiya Federasiyasında ekstremist kimi qadağan edilib) yeni, daha güclü süni intellekt (Sİ) modeli yaratmaq üzərində işləyir. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən yazıb.
""Facebook" və "Instagram"ın ana şirkəti, "ChatGPT"ni yaradan "Microsoft" tərəfindən dəstəklənən startap olan, "OpenAI" tərəfindən təklif edilən ən qabaqcıl model qədər güclü olacaq yeni süni intellekt sistemi üzərində işləyir", – deyə qəzet mənbələrdən aldığı məlumata əsasən bildirib.
Mənbələrə görə, yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək. Şirkət hazırda bu iş üçün lazım olan məlumat mərkəzlərini qurur və bu növ süni intellekt təlimi üçün istifadə edilən "Nvidia"nın ən qabaqcıl çipi olan daha çox H100-ləri əldə edir.
Şirkət gələn il hazır olacağına ümid etdiyi yeni süni intellekt modelinin cəmi iki ay əvvəl buraxdığı "Llama 2" adlanan modeldən bir neçə dəfə güclü olacağını planlaşdırır.
Mənbələrdən onu da bildiriblər ki, "Meta" 2024-cü ilin əvvəlində "böyük dil modeli" kimi tanınan yeni süni intellekt sisteminin təliminə başlamağı planlaşdırıb.
Xatırladaq ki, "Facebook" şirkəti 2021-ci ildə adının Meta olaraq dəyişdiriləcəyini elan edib. Onun yaradıcısı Mark Zukerberq bildirib ki, diqqətini yeni brendə - insanın ekranlardan imtina edəcəyi və virtual reallıqda mövcudluğun effektini yaşayacağı metaverseyə yönəldib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.