DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan XİN daşqınlar zamanı minlərlə insanın ölümü ilə bağlı Liviyaya başsağlığı verdi

Ölkə hökuməti təbii fəlakətdə minlərlə insanın ölümü ilə bağlı sonra üç günlük matəm elan edib.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".
***
Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 3 minə çatıb.
Bu barədə Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı 3 min nəfərdir, minlərlə insan isə itkin düşüb”, - Liviyanın Səhiyyə Nazirliyi məlumat verib.
11.09.23, 19:31
Liviyada daşqınlar nəticəsində minlərlə insan itkin düşüb
Liviyanın Aralıq dənizi sahillərində "Daniel" siklonunun yaratdığı daşqınlar nəticəsində minlərlə insan itkin düşüb. Bu barədə ölkənin şərqindəki hökumətin daxili işlər naziri Essam Əbu Zəribə məlumat verib.

"Sel minlərlə insanı dənizə apardı. Onlar hələ də itkin düşmüş hesab olunurlar", - deyə Al Hadat telekanalı onun sözlərini sitat gətirib.

Nazirin sözlərinə görə, təbii fəlakət nəticəsində 1 mindən çox insan həlak olub.
Öz növbəsində, Liviyanın şərq bölgəsinin hökumət başçısı Usamə Hammad, onun məlumatlarına görə, Derna bölgəsində daşqın qurbanlarının sayının "iki mini keçdiyini" söylədi.
"Dernadakı bütün məhəllələri daşqınlar dənizə apardı, minlərlə insan itkin düşbü", - Liviyanın Al Wasat xəbər portalı baş nazirə istinadən qeyd edib.
Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə güclü küləklər, güclü leysan və tufanlar gətirib.
Güclü yağışlar infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mühüm mülki obyektləri su basıb. İtkin düşmüş şəxslərin təxliyəsi və axtarışları davam edir.
Təbii fəlakətdən ən çox zərər çəkən Derna şəhəri olub, şəhərdəki iki bənd dağılıb, Qızıl Aypara nümayəndələrinin sözlərinə görə, orada fəlakətli vəziyyət yaranır.
Liviya hökuməti təbii fəlakətdə yüzlərlə insanın ölümündən sonra üç günlük milli matəm elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.