İDMAN

Eyni vaxtda üç rusiyalı voleybolçu Azərbaycan klubuna keçib

Voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasına yeni qatılan komanda heyətini əcnəbi legionerlərlə gücləndirir və qarşısına iddialı hədəflər qoyur.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Üç rusiyalı voleybolçu eyni vaxtda Azərbaycan klubunun oyunçusu olub.
Azərbaycan voleybol klubları yeni mövsümə hazırlıqlarını davam etdirirlər. Belə ki, "Gəncə" qadın voleybol klubu, görünür, Rusiya voleyboluna güvənir.
Xüsusən də "Gəncə" klubu eyni vaxtda üç rusiyalı - Olqa Zaxarova, İrina KlimanovaAnastasiya Salina ilə güclənib.
Anastasiya Salina bu yaxınlarda Monteneqronun "Zor" klubunda çıxış edib, Zaxarova və Klimanovanın son klubları isə Rusiyanın "Uraloçka" və "Yenisey" komandaları olub. Bütün adıçəkilən voleybolçularla bir illik müqavilə imzalanıb.
Lakin "Gəncə" klubunun tərkibində legionerlər təkcə rusiyalı voleybolçular deyil. Bu yaxınlarda komanda əvvəlki illərdə Braziliya, Argentina, Fransa, Kipr və Yunanıstan klublarında çıxış edən 36 yaşlı braziliyalı Fernando Melo ilə də müqavilə imzalayıb.
Onu da əlavə edək ki, "Gəncə" voleybol klubu bu il yaradılıb və qarşısına ən azı, ölkə çempionatının yeni mövsümünün qaliblərindən biri olmaq kimi iddialı məqsədlər qoyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.