SƏHİYYƏ

Stress bir sıra xəstəliklərin yaranmasının əsas səbəbkarıdır

Stress həmçinin həzm sistemində problemlərin yaranmasına, saç tökülməsinə səbəb olur.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Stress bir sıra xəstəliklərin yaranmasında əsas rola malikdir.
Türkiyə mediasının yaydığı xəbərə görə dəri xəstəliklərinin yaranmasının başlıca səbəblərindən biri stressdir. Belə olduğu halda dəridə sızanaqlar daha çox müşahidə edilir.
Bundan başqa, stress faktoru varsa, davamlı olaraq diyeta saxlamaqla artıq çəkidən azad olmaq mümkün deyil.
Stress həmçinin həzm sistemində problemlərin yaranmasına, saç tökülməsinə səbəb olur.
Həkimlər bildirir ki, uzun müddət stress yaşayan şəxslər qismən və ya tamamilə keçəl ola bilər.
Həddindən artıq və davamlı stress yuxusuzluğa, baş ağrılarına, ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına səbəb ola bilər.