SƏHİYYƏ

COVID-19-la bağlı dünyanı şoka salan hadisə baş verib

Covid-19 müalicəsindən sonra körpənin gözləri qəhvəyidən maviyə çevrilib
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Dünyanın aparıcı resenziyalı jurnallarından biri olan Frontiers in Pediatrics-də dərc olunan araşdırma elm və tibb dünyasında sürpriz yaradıb.
Taylandda 6 aylıq körpə COVID-19-a yoluxub. Taylandın Səhiyyə Nazirliyi yüksək hərarət və öskürək əlamətləri olan körpəyə "favipiravir" adlı dərman verib. Nazirlik tərəfindən koronovirusun müalicəsi kimi təqdim edilən dərmanı qəbul edən uşağın valideynləri və həkimləri ertəsi gün təəccüblənib. Uşağın qəhvəyi olan gözünün rəngi göy rəngə çevrilib. Vəziyyəti anlayan anası dərhal xəstəxanaya gedib və müalicəsinin başa çatdırılmasını istəyib. Həkimlər körpəni müayinə edərkən dərman müalicəsi dayandırılıb.
Dərman müalicəsi bitdikdən sonra 5 gün ərzində uşağın göz rəngi normallaşıb. Həkimlər uşağın buynuz qişasının mavi rəngə çevrildiyini, irisdə isə rəng qalmadığını bildiriblər.
Alimlər favipiravir adlı dərmanın gözə necə təsir etdiyini açıqlayıblar. Elm adamları, "Gözün işığı udma təsiri dərman sayəsində artmış ola bilər" deyə bəyan ediblər.
Səlahiyyətlilər, uşağın COVID-19-dan sağaldığını və heç bir görmə qüsurunun qalmadığını açıqlayıblar.