BAKI, 9 sentyabr - Sputnik. Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlub olub.
Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.