BAKI, 9 sentyabr - Sputnik. Afrika İttifaqı "Böyük İyirmiliy"ə (G20) daimi üzv olub.
“Report”un xəbərinə görə, bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olunub.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” hesabında bundan məmnunluğunu ifadə edib.
Qeyd edək ki, G20-də təmsil olunan daha bir təşkilat Avropa İttifaqıdır.