TƏHSİL

"Rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil" - Nazir

Emin Əmrullayev deyib ki, ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. "Bəzi məktəblərin rus bölməsində təhsil alan yuxarı sinif şagirdləri arasında Azərbaycan dili bilikləri yetərli deyil".
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, məsələ ilə əlaqəli məktəblərdə monitorinqlərin aparılması nəzərdə tutulur:
"Ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir. Bu il nəzarət tədbirləri daha da artacaq və məktəb rəhbərlərinə təlimatlar da veriləcək".
TƏHSİL
Məktəblərə telefon gətirməyə icazə veriləcək? Nazirdən şaşırdıcı cavab