SƏHİYYƏ

Haymoritin insan üçün hansı təhlükələri var? Həkim detalları açıqladı

Həkim bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi əməliyyat təklif olunur.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Burun boşluğu iltihabı olan haymorit xəstəliyi meningit, osteomiyelit, həmçinin üzün səthi sinirlərinin iltihabı şəklində fəsadlara səbəb ola bilir.
Bunu terapevt Anastasiya Timoşenko “NEWS.ru”ya müsahibəsində qeyd edib.
Timoşenko bildirib ki, haymorit mühafizəkar üsulla, antibiotiklərlə və bəzi preparatlarla müalicə olunur. Bundan əlavə, bu xəstəlik sinusların yuyulması və punksiya (irinin iynə ilə çəkilməsi-red.) ilə də müalicə edilə bilər.
"Haymorit mühafizəkar şəkildə - antibiotiklər və bəzi preparatlarla, həmçinin sinusların yuyulması və ya punksiya ilə müalicə olunur", - deyə terapevt bildirib.
Həkim həmçinin bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi əməliyyat təklif olunur.
Bu yaxınlarda nevroloq, neyrofizioloq Natalya Konşina burun axıntısı olmadan burun çəkmənin uşaqlarda ciddi problemin əlaməti olduğu barədə xəbərdarlıq edib. Onun fikrincə, bu hal tik xəstəliyinin inkişafından xəbər verir.