İDMAN

Türkiyə klubu millimizin hücumçusunu transfer edib

İyirmi dörd yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" komandasına transfer olunub.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Artıq klubun rəsmi saytı da məlumatı təsdiqləyib.
Qeyd edək ki, Renat Dadaşovun son klubu İsveçrə "Qrasshopper"i olub. Sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələ görüşündə Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi bundan üç gün sonra yoldaşlıq görüşündə İordaniyanı sınağa çəkəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.