BAKI, 4 sentyabr — Sputnik. Səlahiyyətli orqanlar heyəti Rusiya Federasiyası üçün silah daşımaqda günahlandırılan "Lady R" gəmisi ətrafında aparılan araşdırmanı başa çatdırıblar. Cənubi Afrikadan Rusiyaya hansısa silahın gətirildiyinə dair dəlil tapılmayıb.
Bunu Cənubi Afrikanın lideri Siril Ramafosa bildirib.
Xatırladaq ki, "Lady R" gəmisi 2022-ci ilin dekabrında Cənubi Afrikaya yan alıb. Vaşinqton Pretoriyanı silahları Rusiya tərəfinə təhvil verməkdə günahlandıraraq iddia edib ki, gəmiyə silah və sursat gətirilib. Lakin ABŞ bu iddiaya sübut təqdim etməyib. Nəticədə araşdırma aparılıb.
Təhqiqat Komissiyası Cənubi Afrikanın Saymonstaun dəniz bazasına baş çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-yə yaxın şəxslə müsahibə aparıb, 100-dən çox müxtəlif sənədi öyrəniblər.
"Gəminin Cənubi Afrikadan Rusiya üçün təyin olunmuş silah daşıdığına dair iddianı təsdiqləyən heç bir sübut yoxdur", - deyə Ramafosa "RİA Novosti"yə bildirib.
Araşdırmanı ABŞ səfiri Ruben Briqeti tələb edib. O, 2022-ci il dekabrın 6-dan 8-dək Cənubi Afrikanın Saymonstaun dəniz bazasında yük gəmisinin dayanmasını qeydə alıb. Həmin vaxt Briqeti öz analizini aparıb və qərara gəlib ki, ölkə Rusiya ilə bağlıdır. Daha sonra o, "öz hərəkəti ilə çox uzağa getdiyini" etiraf edib və üzr istəyib.
Cənubi Afrika isə heç nəyə baxmayaraq Rusiyaya dost olan ölkələrdən biri olaraq qalır. Bu yaxınlarda Siril Ramafosa Rusiya Prezidenti Vladimir Putini zəhmətkeş insan adlandırıb.