İDMAN

"Qarabağ" Premyer Liqadakı ev oyunlarını mərkəzi arenada keçirəcək

Klub "Azərsun Arena"da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. "Qarabağ" Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.
PFL-in rəsmi saytının yaydığı xəbərə görə, klub "Azərsun Arena"da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.
"Qarabağ"ın müraciətini, "Azərsun Arena"da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL 6-cı turun "Qarabağ" - "Sabah" (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən "Qarabağ"ın ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.