RUSİYA

Putin Ərdoğana onun haqda çəkilmiş sənədli film təqdim edib

İyirmi beş dəqiqəlik filmdə Ərdoğanla Qusmanın söhbətindən fraqmentlər yer alıb.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona sənədli film təqdim edib.
TASS-ın xəbərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın rejissorluğu ilə çəkilən sənədli film Ərdoğanın həyatı və siyasi karyerasından bəhs edir.
25 dəqiqəlik filmdə Ərdoğanla Qusmanın söhbətindən fraqmentlər yer alıb. Filmdə Ərdoğanın uşaqlığı ilə yanaşı, məktəb və universitet illərindən də bəhs edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.