"Sanksiyalara görə Britaniya sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya bankları SWIFT sistemindən kənarda qaldığı üçün pul köçürmələri həyata keçirilmir. Hazırda Türkiyənin daimi yardımı sayəsində Birləşmiş Millətlər Təşkilatı bu prosesə son qoyub. Bu yaxınlarda, avqustun 28-də BMT-nin Baş Katibi Antonio Quterreş ona göndərdiyi məktubda rusların istədiyi kimi birbaşa SWIFT olmayacaq vasitəçilik mexanizmini - SWIFT-in törəməsini təklif edib. Onlar da (BMT) sığorta (gəmilər) məsələsi üzərində işlədiklərini bildiriblər", - deyə Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
"Qərbin istər SWIFT məsələsində, istərsə də sığorta məsələsində Rusiyaya tamamilə fərqli baxışı var. Məhz bu fərqliliyə görə Putin hazırda deyir: "Onlar mənim qarşımda olan öhdəliklərini yerinə yetirmirlər. Bir halda ki, öhdəliklərini yerinə yetirmirlərsə, o zaman onlarla bu məsələdə ortaq işə girməyəcəyəm". "Bundan başqa, taxılın 44 faizi Avropaya, 14 faizi isə Afrikaya gedir", - deyə Türkiyə lideri vurğulayıb.