BAKI, 4 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən görüş önəmlidir.
Bu barədə İtaliyanın "ANSA" xəbər agentliyi ölkənin xarici işlər nazirinin müavini Antonio Tajaninin Çinə səfəri zamanı söylədiklərinə istinadən xəbər verib.
"Bu görüş önəmlidir və mən hesab edirəm ki, bütün (Ukrayna münaqişəsi ilə bağlı) məsələlərdə razılığa gəlmək üçün hər şey edilməlidir", - deyə Tajani qeyd edib.
İtaliya xarici işlər naziri həmçinin taxıl sazişi ilə bağlı mümkün razılaşmaların "sülhə doğru kiçik bir addım" ola biləcəyi fikrini də bildirib.
Bu yaxınlarda "KP.RU" yazıb ki, sentyabrın 4-də Putin Ərdoğanla il ərzində ilk görüşünü Soçidə keçirəcək. Məlumdur ki, qarşıdakı danışıqların mövzusu "qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişafı" olacaq.