BAKI, 4 sentyabr - Sputnik. Hollivud ssenaristlərinin dörd aylıq tətili Kaliforniya iqtisadiyyatına 5 milyard dollara başa gəlib.
Financial Times-ın yazdığına görə, bu rəqəm hələ arta bilər. Çünki etirazçılar kinostudiyaların onlara təklif etdiyi şərtlərlə işləmək istəmirlər.
Məqalədə bildirildiyi kimi, 2007-2008-ci illərdə ssenaristlərin əvvəlki tətili daha az ziyan vurub. O zaman Kaliforniya 2,1 milyard dollar itirib.
Xatırladaq ki, etiraz aksiyası 2023-cü il iyulun 14-də başlayıb. 160-dan çox kino sənayesi işçisi tətilə qoşulub. Tələblər arasında: maaşların artırılması, sosial təminatlar və kino sənayesi nümayəndələrinin hüquqlarının müdafiəsi var.