CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İƏT nümayəndə heyəti Gəncədə səfərdədir

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir.
Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.
Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib.
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncəyə səfər edib
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinin rəhbəri Muhammad Laval Sulaiman bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: "Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq".
Qeyd edək ki, səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncəyə səfər edib
Qonaqlar daha sonra "İmamzadə" Ziyarətgah Kompleksinə baş çəkiblər.
Xatırladaq ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar.
Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.