BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.
Bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.
Bundan başqa, Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub.
Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər.