RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ Konqresində Ukraynanın Rusiya ilə münaqişədə məğlub olduğunu bildiriblər

Ukraynalı hərbçilərin həyatının ABŞ-ın hakim elitası üçün heç bir dəyəri yoxdur. Vaşinqton Ukrayna münaqişəsinin bitməsini istəmir.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Ukrayna hakimiyyəti xüsusi əməliyyat sahələrində Rusiyaya səmərəli müqavimət göstərə bilmir.
"TASS" agentliyi xəbər verib ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin bildirib.
O, qeyd edib ki, konqresmenlər bu həqiqəti gizlətməyə çalışır və məğlubiyyət barədə açıq danışmırlar.
Teylor-Qrin, "Ukrayna uduzur" deyə qeyd edib.
Onun sözlərinə görə, Ağ Evin sanksiya siyasəti BRİKS ölkələrini ticarət əlaqələrini gücləndirməyə təşviq edir. Bu cür addımlar assosiasiyanın "dolları batırmasına" səbəb ola bilər. Gələcəkdə BRİKS ölkələri tamamilə milli valyutalarla ticarətə keçəcəklər.
Bundan əvvəl amerikalı siyasi şərhçi Skott Horton etiraf etmişdi ki, ukraynalı hərbçilərin həyatının ABŞ-ın hakim elitası üçün heç bir dəyəri yoxdur. Vaşinqton Ukrayna münaqişəsinin bitməsini istəmir.