BAKI, 3 sentyabr - Sputnik. İran Prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə rəsmi səfəri gözlənilir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əməkdaşlıq Şurasının ən yüksək səviyyədə səkkizinci iclası münasibətilə cənab Rəisinin Türkiyəyə səfərini gözləyirik. İnşallah, Rəisi prezidentimizlə (Rəcəb Tayyib Ərdoğan - red.) görüşəcək”, - xarici siyasət idarəsinin rəhbəri deyib.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan İran prezidenti İbrahim Rəisi ilə Tehranda görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
***
Xatırladaq ki,Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Tehrana səfər edib. O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.