"Ölkədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun mövcuddur. Qanun 1995 - ci ildə qəbul olunub. Baxmayaraq ki, bunu icra etməyə cavabdeh olan dövlət orqanı “ölü” vəziyyətdədir. Həmin dövlət orqanları istehlakçıların hesabına maaş alır. Bu vəziyyətdən sui- istifadə edən biznes qurumları 25 faizə qədər “servis haqqı”tələb edirlər. Dünyada “çay pulu” deyilən bir anlayış var. “Servis haqqın”dan fərqli olaraq, bu istehlakçıların özü tərəfindən könüllü xidmət göstərənə verilən bir məbləğdir. Məsələn, Kanadada müştərilər restoranda ofisanta 20 faizə qədər ofisanta “çay pulu” verirlir. Bizdən fərqli olaraq,bunu biznes sahibinə vermirlər. Əgər yaxşı xidmət göstərilərsə, daha yaxşı pul verərlər” - deyə E.Hüseynov əlavə edib.
“Biznes qurumları vergi orqanından çəkinirlər. Buna görə “servis” haqqını kassaya vururlar. Bizdə olan məlumata görə, o qədər puldan heç ofisantlara, xidmət göstərənə çatmır. Əksinə şou proqramlar təşkil edirlər. Sanki o artislərlə biznes qurumları əlbirdilər. İnsanları “soymaq”üçün bu yollardan istifadə edirlər. Bütün hallarda Azad İstehlakçılar Birliyi istehlakçıların belə soyulmasına qarşıdır”.