DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan öz kosmik stansiyasını uğurla Yerin orbitinə çıxarıb

Startdan sonrakı bir saat ərzində Aditya-L1 stansiyası yuxarı sürətləndirmə blikundan ayrılıb və müəyyən olunmuş orbitə buraxılıb.
Sputnik
BAKI, 2 avqust - Sputnik. Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Aditya-L1 avtomatik Günəş stansiyasını Yerin orbitinə uğurla çıxarıbş Bu barədə təşkilatın rəhbəri Şri Somanat bildirib.
Qeyd edək ki, PSLV-C57 daşıyıcı raketi yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 10:20) Benqal körfəzində yerləşən Şriharikota adasındakı kosmodromdan buraxılıb. Orbitə buraxıldıqdan sonra bir saat ərzində Aditya-L1 stansiyası sürətləndiricidən uğurla ayrılıb və müəyyən edilmiş orbitə çıxıb.
ISRO-nun rəhbəri Şri Somanat mətbuat konfransında toplaşanların hamısını uğurlu işə başlaması münasibətilə təbrik edib.
"Bir müddət o (Aditya-L1 - red.) Yer ətrafında fırlanacaq, bundan sonra Laqranj nöqtəsinə qədər dörd aylıq səyahətə çıxacaq", - deyə qurum rəhbəri bildirib.
Aditya-L1 stansiyası Hindistanın Günəşi müşahidə edən ilk rəsədxana tipli kosmik missiyasıdır. Dörd ay müddətində 1,5 milyon kilometrlik səyahətdən sonra cihaz Yerin və Günəşin cazibə qüvvələrinin bərabər olduğu Laqranj L1 nöqtəsində haloorbitə daxil olacaq.
Bu tənzimləmə Aditya-L1-ə tutulmalardan yayınmadan Günəşi daim müşahidə etməyə imkan verəcək. Aditya L1 missiyasının Günəş tacının qızdırılması, tac kütləsinin atılması, məşəldən əvvəlki aktivlik və onun xüsusiyyətləri, kosmik hava dinamikası, günəş küləyinin yayılması, hissəciklər və sahələr və s. problemini anlamaq üçün məlumatlar ötürəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.