İDMAN

UEFA "Qarabağ"a ödəniş edib

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən "Qarabağ" klubuna ödəniş edib.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Ağdam təmsilçisinə 200 min avro verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, UEFA bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib.