SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Cənubi Qafqazda vəziyyətin normallaşmasında mühüm rol oynayır - Lavrov

Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıdır.
Sputnik
BAKI, 31 avqust — Sputnik. "Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.
“Zaqafqaziyadakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada aparılan danışıqların iki ölkə liderləri Vladimir Putin və Tayyib Ərdoğanın görüşünə hazırlıq olacağını bildirib.
"Müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz taxıl sazişinin bərpası və Ukraynada ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə edəcəyik. Bundan əlavə, Suriyadakı vəziyyət və Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostum Sergey Lavrova təşəkkür edirəm", - o, danışıqlar başlamazdan əvvəl giriş nitqində deyib.
Fidan xatırladıb ki, bu, onun Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri kimi Moskvaya ilk səfəridir. 2023-cü ilin iyununda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Ərdoğanın formalaşdırdığı yeni hökumətdə o, bu vəzifəni tutub. Bundan əvvəl Fidan 2010-cu ildən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində çalışıb.
RUSİYA
Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər