İDMAN

Çempionlar Liqasında bu gün qrup mərhələsinin püşkü atılacaq

Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.
Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşk zamanı 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
I səbətdə yer alan klublar:
"Mançester Siti" (İngiltərə)
"Sevilya" (İspaniya)
"Barselona" (İspaniya)
"Napoli" (İtaliya)
"Bavariya" (Almaniya)
PSJ (Fransa)
"Benfika" (Portuqaliya)
"Feyenoord" (Niderland)
II səbətdə yer alan klublar:
"Real" (İspaniya)
"Mançester Yunayted" (İngiltərə)
"İnter" (İtaliya)
"Borussiya" (Dortmund, Almaniya)
"Atletiko" (İspaniya)
"Leyptsiq" (Almaniya)
"Portu" (Portuqaliya)
"Arsenal" (İngiltərə)
III səbətdə yer alan klublar:
"Şaxtyor" (Donetsk, Ukrayna),
"Zaltsburq" (Avstriya)
"Milan" (İtaliya)
"Braqa" (Portuqaliya)
PSV (Niderland)
"Latsio" (İtaliya)
"Srvena Zvezda" (Serbiya)
"Kopenhagen" (Danimarka)
IV səbət
"Yanq Boyz" (İsveçrə)
"Real Sosyedad" (İspaniya)
"Qalatasaray" (Türkiyə)
"Seltik" (Şotlandiya)
"Nyukasl" (İngiltərə)
"Union" (Almaniya)
"Antverpen" (Belçika)
"Lans" (Fransa)
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19-20 sentyabr, 3-4 oktyabr, 24-25 oktyabr, 7-8 noyabr, 28-29 noyabr və 12-13 dekabr tarixlərində keçiriləcək.