BAKI, 31 avqust — Sputnik. "Dağlıq Qarabağ"dakı vəziyyət Avropa İttifaqı xarici işlər nazirlərinin İspaniyada baş tutan görüşünün gündəliyinə daxil edilib. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, Laçın dəhlizindən humanitar yardımın keçidi sərbəst olmalıdır.
Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri bu məsələni müzakirə edəcəklər.
Burbok onu da qeyd edib ki, artıq bir neçə gündür ki, Qarabağdakı erməni əhalisinin humanitar yardım almasını təmin etmək üçün amerikalı həmkarları ilə fikir mübadiləsi aparırlar.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.