AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Sputnik
BAKI, 30 avqust - Sputnik. Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atıb. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Belə ki, avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.