İDMAN

Azərbaycan yığması pauerliftinq üzrə dünya çempionatında iştirak edəcək

Komanda yarışında millimizin üzvləri Ceyhun Mahmudov (54 kiloqram), Zəhra Dadaşova (55 kiloqram) və Pərvin Məmmədov (49 kiloqram) medal uğrunda mübarizə aparacaqlar.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pauerliftinq üzrə dünya çempionatının komanda yarışı keçiriləcək.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, mundialda Azərbaycan millisi də iştirak edəcək.
Komanda yarışında millimizin üzvləri Ceyhun Mahmudov (54 kiloqram), Zəhra Dadaşova (55 kiloqram) və Pərvin Məmmədov (49 kiloqram) medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışlar bu gün Bakı vaxtı ilə saat 18:20-də başlayacaq.