DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden ailəsi "korrupsiya mədəniyyəti"nə cəlb olunub

Toplanan məlumatlar ABŞ Prezidenti Co Baydenin impiçmenti məsələsini qaldırmağa imkan verir.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Respublikaçılar Partiyasının üzvləri tərəfindən toplanan məlumatlar ABŞ Prezidenti Co Baydenin impiçmenti məsələsini qaldırmağa imkan verir.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib.
"Əgər indiyə qədər toplaya bildiyimiz məlumatları qiymətləndirsək, impiçment proseduru təbii addım olardı" – deyə o, "Fox News"a müsahibəsində söyləyib.
Makkarti, həmçinin bildirib ki, respublikaçıların fikrincə, demokratın ailəsi "korrupsiya mədəniyyəti" ilə məşğuldur.
Bundan əvvəl, Amerika liderini korrupsiyada ittiham edən Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin açıqlamalarından sonra ABŞ Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrinin Baydenə qarşı təhqiqata səslədiyi xəbər verilmişdi.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Bayden ailəsindəki korrupsiya faktlarının dillərdə əzbər olduğunu, lakin ABŞ administrasiyasının təzyiqi ilə istənilən təhqiqatın nəticəsiz yekunlaşdığını deyib.
DÜNYA XƏBƏRLƏRİ
ABŞ prezidenti Cozef Bayden oğlunun məhkəməsində şahidlik edəcək