BAKI, 27 avqust - Sputnik. Silikon bazadan və perovskit üst qatdan ibarət ən qabaqcıl tandem batareyaları aldıqları Günəş işığının təxminən üçdə birini elektrik enerjisinə çevirə bilir. Bu tip batareyalar xüsusən çox ucuz texnologiya üçün olduqca dəyərlidir.
Azərtac “SciTechDaily” saytına istinadla xəbər verir ki, Berlində yerləşən Helmholtz Zentrum Araşdırma Mərkəzinin tədqiqatçıları bu günlərdə tandem tipli batereyaların işləmə prinsiplərini izah edən elmi məqalə ilə çıxış ediblər.
İlk dəfə 2022-ci ildə “Science” jurnalında ətraflı təqdimatı keçirilən tandem batareyaları həmin il enerji qənaəti üzrə dünya rekordu qırmışdı. Yeni dünya rekordu isə 2023-cü ilin aprel ayında Səudiyyə Ərəbistanındakı Kaust Tədqiqat Mərkəzində tandem batareyaları üzərində təkmilləşdirmə işləri aparılarkən qeydə alınıb. Yeni dəyişikliklər tandem batareyalarını əvvəlkinə nisbətən iki dəfə daha səmərəli hala gətirib.
Tədqiqatın aparıcı professorlarından Silvia Mariotti və Eike Köhnen qeyd edir ki, hazırda bu batareyaların təkmilləşdirilməsi üzərində bir çox qruplar çalışır. Berlində isə tədqiqat işləri təkmilləşdirmədən daha çox bu mexanizmin tam izahına ayrılır, bunun ən başlıca səbəbi tandem batareyalarının qənaət rejiminin digər cihazlara ötürülə bilməsi ehtimalıdır.