Moskvada bu ilin yanvar-may aylarının məlumatlarına görə hər gün 9 milyon insan metrodan istifadə edib. Bu göstəriciyə görə Rusiya Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr arasında liderdir.
Aİİ ölkələri arasında metrodan ən az istifadə edilən şəhər Almatıdır - bu şəhərdə gündəlik sərnişin axını təxminən 45 min nəfərdir.
Müqayisə üçün qeyd edək ki, Bakıda orta hesabla hər gün 585 min insan “metro”dan istifadə edir.
Eyni zamanda, Moskva metrosunda qatarlar arasında minimum interval 1 dəqiqə 20 saniyədir. Bakıda bu rəqəm 2-3 dəqiqə təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.