SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"

Prezident İlham Əliyev deyib ki, erməninin otuz ilə dağıtdığını biz iki ilə artıq qururuq və qurmuşuq.
Sputnik
BAKI, 26 avqust - Sputnik. "İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.
"Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi", - Azərbaycan Prezidenti vurğulayıb.
SİYASƏT
Növbəti bayram tədbirləri Füzuli şəhərində olacaq - Prezident