SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Növbəti bayram tədbirləri Füzuli şəhərində olacaq - Prezident

İlham Əliyev xatırladıb ki, azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edilib.
Sputnik
BAKI, 26 avqust - Sputnik. "Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.
"Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq", - dövlət başçısı qeyd edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident və birinci xanım Laçında bayram şənliklərində iştirak ediblər