"Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Ermənistan Espoo konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan hansısa fəaliyyət barəsində məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalı, razılıq əldə ediləndən sonra hansısa fəaliyyət həyata keçirilməlidir" - deyə hesabatda bildirilib.