İDMAN

Azərbaycan millisinin keçmiş futbolçusu vəfat edib

34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının forma geyinib.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Azərbaycan futbol millisinin keçmiş oyunçusu Şəhriyar Rəhimov vəfat edib.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Müdafiəçinin müalicə olunduğu Türkiyədə vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Şəhriyar Rəhimov aldığı zədələr səbəbindən ötən il karyerasını "Səbail"də başa vurub.
34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının forma geyinib.
O, Azərbaycan millisinin heyətində ümumilikdə 9 oyun keçirib.
Şəhriyar Rəhimovun xərçəng xəstəliyindən vəfat etdiri bildirilir.