BAKI, 24 avqust - Sputnik. Norveç şahmatçısı Maqnus Karlsen hindistanlı Rameşbabu Praqnanandhunu tay-brekdə məğlub edərək Dünya Kubokunun qalibi olub. Bu barədə TASS xəbər yayıb.
Klassik şahmatın çərşənbə axşamı və çərşənbə günü keçirilən iki oyunu heç-heçə başa çatıb.
Tay-breykin ilk oyununda norveçli rəqibini qara fiqurlarla məğlub edib, ikinci oyunda şahmatçılar yenə də güclüləri müəyyən edə bilməyiblər.
Karlsen ilk dəfə Dünya Kubokunu qazandı.
Norveçli Beynəlxalq Şahmat Federasiyasının reytinqinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və dörd dəfə bu titulu qoruyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.