BAKI, 24 avqust — Sputnik. BRİKS-i təkcə iqtisadi blok hesab etmək lazım deyil, qrupun real əhəmiyyəti daha genişdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"İqtisadiyyat böyük əhəmiyyət kəsb edir. Alıcılıq qabiliyyəti paritetinə görə hazırkı "beşlik" artıq "G7"ni qabaqlayıb, altı yeni üzvün əlavə edilməsi ilə bu fərq daha da artacaq", - deyə Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, maliyyə, kosmik, nəqliyyat, energetika sahələrində ölkələrin birgə fəaliyyəti üçün yaxşı perspektivlər var.
"Bəli, böyük iqtisadi potensial var, lakin BRİKS-i yalnız iqtisadi forum adlandırmaq onun real əhəmiyyətini azaltmaq cəhdidir. Bəyannaməni oxuyun, beynəlxalq münasibətlərin demokratikləşməsi barədə tələbimiz çox aydın şəkildə ifadə olunur", - deyə nazir sözünü yekunlaşdırıb.