BAKI, 23 avqust — Sputnik. Səudiyyə Ərəbistanın Məkkə şəhərində güclü qasırğa baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məkkə şəhərində yağan güclü yağış və fırtına Kəbədə ibadət edən müsəlmanlara çətin vəziyyət yaradıb.
Şiddətli fırtınada bir çox təhlükəsizlik baryerləri aşıb.
Müvafiq qurumlar pis hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
Tufana görə məktəblər bir günlük bağlanıb. Bildirilib ki, tufan və güclü yağışdan sonra məktəblərdəki vəziyyətə yenidən baxılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın digər şəhərlərində də - Mədinə və Ciddədə fırtına və leysan yağışları təsirli olub. Məkkə küçələrində sel suları əmələ gələrkən, Ciddədə güclü külək və yağış səbəbindən elektrik dirəkləri aşıb.
Sosial şəbəkələrdə paylaşılan videolarda küləyin təsiri ilə ağır plastik maneələrin uçaraq insanlara dəydiyi görünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.