DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS ölkələri birlikdə dünya iqtisadiyyatını dəyişə bilərlər - CAR prezidenti

Dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər.
Sputnik
BAKI, 22 avqust — Sputnik. BRİKS təşkilatının üzvü olan ölkələr - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika birlikdə dünya iqtisadiyyatını və beynəlxalq münasibətləri əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS sammiti ərəfəsində xalqa müraciətində söyləyib.
"BRİKS ölkələri qlobal dinamikanı kollektiv şəkildə formalaşdıra bilər və birlikdə hərəkət etməklə dünya iqtisadiyyatında və beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər", - deyə Ramafosa bildirib.
O, hesab edir ki, dünya əhalisinin 40%-dən çoxunun məskunlaşdığı BRİKS ölkələrinin dəyəri öz ölçüsünü aşır və bir assosiasiya kimi bu təşkilat iqtisadi gücü, bazar potensialı, siyasi nüfuzu və inkişaf üçün əməkdaşlığı sayəsində dünyada mühüm rol oynayır".
Cənubi Afrika prezidenti qeyd edib ki, BRİKS üzvləri birlikdə "daha ədalətli, balanslı və idarə olunan dünya üçün çağırış etmək üçün kollektiv səslərindən istifadə ediblər".