RUSİYA

Ərdoğan sentyabrda Putinlə görüşməyi gözləyir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrda üz-üzə görüşməyi gözlədiyini bildirib. Bu barədə o Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

"Sentyabrda Hindistanda G20, ABŞ-da isə BMT Baş Assambleyası olacaq. Bu sıx mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq", - Ərdoğan deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər.
Onun sözlərinə görə, iki lider arasında keçiriləcək danışıqların gündəliyinə ikitərəfli münasibətlər, Ukrayna və taxıl sazişi məsələsi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.