İDMAN

Daha iki boksçusumuz Avropa birinciliyində 1/4 finala yüksəlib

Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı 9-a çatıb.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Azərbaycanın daha iki boksçusu Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 finala yüksəlib.
Toğrul Quliyev və Səftər Məmmədzadə 1/8 final səddini keçiblər.
T.Quliyev 57 kq çəki dərəcəsində ingiltərəli Sonni Hollinqsvortu 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. S.Məmmədzadə isə 90 kq-da Yan Vimzalı (İBAC) eyni hesabla (30:26, 30:24, 30:27, 30:27, 30:27) üstələyib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinala vəsiqə uğrunda yarışacaqlar.
Qeyd edək ki, birincilik avqustun 25-də yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.