"Həqiqətən də bizim ictimaiyyətə təqdim edəcəyimiz şeylər var. BRİKS-də birgə səylər sayəsində biz bərabərlik, öz inkişaf yolumuzun seçiminə hörmət və bir-birimizin maraqlarını nəzərə alma prinsiplərinə əsaslanan dialoq mədəniyyəti yaratmağa nail olduq. Bu, bizə ümumi dil tapmağa və hətta ən çətin məsələləri də aydınlaşdırmağa kömək edir", - deyə nazir qeyd edib.
"Bu gün BRİKS çərçivəsində strateji tərəfdaşlıq geniş vüsət alır. Assosiasiyanın özü də dünyaya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, ərzaq və enerji təhlükəsizliyini təmin etmək, qlobal iqtisadiyyatın sağlam artımı, münaqişələrin həlli, beynəlxalq aləmdə iqtisadi inkişafın təmin edilməsi, ədalətli enerji keçid, iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təkliflər edir", - Lavrov bildirib.